SMM meneceri peşəsi üzrə vakansiya

Vakansiyalar

SMM meneceri peşəsi üzrə vakansiya

Namizədə verilən tələblər :

  • Social Media Marketing (SMM) üzrə bilik və təcrübə (1 il)
  • Əla səviyyədə Azərbaycan və İngilis dili (High İntermediate) bilikləri
  • Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti
  • Eyni vaxtda bir neçə layihəni məhdud vaxt çərçivəsində operativ yerinə yetirmək qabiliyyəti
  • Vicdanlı, enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
  • Komandada işləmək qabiliyyəti

İş haqqında məlumat :

  • Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsi
  • Hazırlanmış kontentin web sayt, sosial media və blog-a yerləşdirilməsi
  • Hazırlanmış kontentin sosial mediada təşviq (promote) edilməsi və bu sahədə kreativ fikirlərə malik olmaq
  • Kontentin yerləşdirildiyi yerlərdə (web sayt, sosial media və blog) istifadəçilərlə qarşılıqlı əlaqənin (user interaction) inkişaf etdirilməsi üçün 100% cavablandırmanın təmin edilməsi
  • Siz kontentin inkişaf etdirilməsində daima yeni ideyaları təklif etməli və kifayət qədər sərbəst işləməyi bacarmalısınız

Biz təklif edirik:

  • Karyera yüksəlişi perspektivi
  • Qoyulmuş hədəflərin nailiyyətinə görə mükafatlandırma (bonus)
  • İş qrafiki: Həftə içi: 09:00-18:00, Şənbə günü: 09:00-16:00, Bazar günü: istirahət günü

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “SMM meneceri ” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyi xahiş olunur.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Vakansiyalar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top