Rəqəmsal Marketinq Mütəxəssisi (Digital Marketing Specialist)

Digital Marketinq

Vakansiyalar

Rəqəmsal Marketinq Mütəxəssisi (Digital Marketing Specialist)

Namizədə dair tələblər:- Ali təhsil
– Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti
– Google Adwords, Facebook Ads Manager, Google Analytics istifadə bacarığı
– Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik; yeni trendlərdən xəbərdar olmaq;
– Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
– İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
– Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;
– İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvür;
– Reklam, psixologiya, filologiya və humanitar elmlər sahəsində geniş dünya görüşün olması vacibdir;
– Vicdanlı, enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
– Komandada işləmə bacarığı;
– Restoran, café sahəsində digital marketing ve SMM təcrübəsi olanlara üstünlük verilir
– Yaş: 23-35;

Əsas vəzifə və öhdəliklər:- Mediaplanların tərtibi, mediabayinq prosesində iştirak, kommersiya təkliflərin hazırlanması;
– Şirkətə aid olan tədbirlərdə iştirak, prezentasiyaların tərtibi və təqdimatı
– Azərbaycan və regional bazarların araşdırılması, trendlərin müəyyənləşdirilməsi;
– Şirkətin sosial şəbəkələrdəki səhifələri üçün (facebook, instagram və s.) kontentlərin hazırlanması;
– İctimai tədbirlərin, PR aksiyaların təşkil olunmasında köməklik göstərmək
– Hər bir kompaniya üzrə sosial media analizi aparmaq, analizin nəticələrini təhlil edərək rəhbərinə hesabat şəklində təhvil vermək;
– Şirkətin marketinq layihələri üzrə işlərin görülməsi;
– Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların edilməsi və korporativ müştərilərin cəlb edilməsi;
– Markanın marketinq fəaliyyətinin həyata keçirilməsini izləmək və monitorinq edilməsi;
– Müştəri risklərini nəzarətdə saxlamaq üçün lazımi tədbirləri görmək və rəhbərliyə zamanında mövzu ilə əlaqədar məlumat vermək;
– Maliyyə hesabatlarının hazırlanması;
– Internet resurslardan gələn sorğuların operativ və düzgün şəkildə cavablandırılması;
– Canlı yayımların təşkil olunması
– Press reliz-lərin hazırlanması, saytların kontentinin yenilənməsi;
– Rəhbərin tapşırıqlarını yerinə yetirmək

İş qrafiki : 6 gün
İş yeri : Bakı şəhəri, Elmlər Akademiyası metrostansiyası, Z.Xəlilov 25b.
Əmək Haqqı : 800-1000 AZN (Əmək haqqı namizədin iş təcrübəsinə əsasən göstərilən aralıqda təyin olunacaq, əlavə olaraq satış performansına görə bonuslar hesablanacaq);

Müraciət etmək istəyən namizədlərdən CV-i (şəkil olmaq şərtdir) –[email protected]  emailinə göndərməyiniz xahiş olunur.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Vakansiyalar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top