Copywriting (Kopiraytinq) nədir?

Copywriting (Kopiraytinq) nədir?

PR haqqında məlumatlar

Copywriting (Kopiraytinq) nədir?

Kopiraytinq (copywriting ingiliscə Copy – əl yazısı, mətn materialı + write –yazmaq sözlərindən götürülüb) – reklam və təqdimat mətnlərinin yazılması üzrə peşəkar məşğuliyyət növü hesab olunur. Hər hansı bir məhsulu, kompaniyanı, xidməti, ideyanı və ya insanın özünü bir başa və ya dolayısı yollar reklam edən və ya məşhurlaşdıran bütün növ mətnləri kopiraytinq məhsulu hesab etmək olar.

Kopiraytinq ilə məşğul olan mütəxəssisləri isə kopirayter adlandırırlar.

İngilis dilində “Kopiraytinq” sözü neologizmdir və əvvəlki lüğətlərdə təqdim olunmur. «Kopirayter» (copywriter) “reklam və təbliğat mətnlərinin yazan şəxs” (a writer of advertising or publicity copy). kimi şərh olunur.

Azərbaycan internet məkanında isə kopiraytinq deyiləndə SEO (saytın axtarış optimizasiyası) məqsədi ilə və ümumiyyətlə ixtisaslaşmış mövzuda, müəyyən bir tematikada mətnlərin yazılması başa düşülür. Mətnlər reklam xarakterli olmaya da bilər.

Kopiraytinq (copywriting) terminini çalışın ki, ingilis dilində olan copyright ilə dəyişik salmayasınız, çünki tamamı ilə fərqli məna verir, müəllif hüquqlarını qorumağı nəzərdə tutur.

Birbaşa kopiraytinq

Birbaşa reklamda tələb olunur, yəni mətn sizi dərhal lazımı hərəkətə keçməyə çağırır: Zəng edin, sifariş edin, klik edin və s. Belə mətnlər alıcını ləngimədən dərhal hər hansı bir məhsulu almağa və ya xidmətdən istifadəyə sövq edir.

Mənbə: https://banco.az/az/news/copywriting-kopiraytinq-nedir

Continue Reading
Bunlar da maraqlı ola bilər...

PR haqqında məlumatlar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top