DAHA SƏMƏRƏLİ İŞ ÜÇÜN 10 SADƏ MƏSLƏHƏT

Qrafik Dizayner

PR haqqında məlumatlar

DAHA SƏMƏRƏLİ İŞ ÜÇÜN 10 SADƏ MƏSLƏHƏT

1️⃣Telefonla iş söhbəti edəndə həmişə həmsöhbətin sizə dediyini (tarixləri, nömrələri, soyadları, vacib məlumatları) yazın.

2️⃣ İşlədiyiniz adamların kontaktlarını saxlayın. Bunun üçün kompyuterdə ayrıca fayl və ya ayrı bir telefon kitabçası saxlayın. Telefonunuz itib yaxud oğurlana bilər.

3️⃣ Motivasiyanı itirməmək və işləri sona qədər bitirmək üçün əvvəlcədən əsas adamlara bunu elan edin.

4️⃣ Ağlınıza gələn hər hansı ideyanı mütləq qeyd edin. Kağızda olmayan şey yaddan çıxa bilər.

5️⃣ Sizə təqdim olunan bütün sərgilərdə, tamaşalarda və şoularda iştirak edin. Gözəlliyi başa düşməyi öyrənin. Gözəlliyi görən onu çoxalda bilər.

6️⃣ Bütün layihələrin ehtiyat nüsxəsini saxlayın.

7️⃣ İngilis dili ilə məşğul olursan? Yazışma üçün bir neçə dost seçin – onlar sizə lazım olan ifadələri və cümlələri yoxlamaqla yanaşı, tərcümə işində daima kömək edəcəklər.

8️⃣ Gündə 15 dəqiqə yeni xidmətlər və proqram məhsullarını sınaqdan keçirin.

9️⃣ Hər il özünüz üçün yeni bir şey öyrənməyə çalışın. Rəsm, qaçış, rəqs, üzgüçülük, marka toplamaq və s. Dünya görüşünüzü artırın.

🔟 İşgüzar söhbətlər üçün istifadə olunan xidmətlərdə və sosial şəbəkələrdə korporativ hesablar yaradın. Şəxsi poçtdan partnyorlarla ünsiyyət qurma professional cəhətdən qeyri-etik görünür.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

PR haqqında məlumatlar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top