Linkedin nədir və niyə görə önəmlidir?

PR haqqında məlumatlar

Linkedin nədir və niyə görə önəmlidir?

Linkedin müxtəlif peşə sahiblərinin işgüzar əlaqələri qurması üçün yaradılan sosial şəbəkədir. Bu platformanın dünyanın 200 ölkəsindən 660 milyonistifadəçisi var. İşçinin özünü əmək bazarına təqdim etməsində və karyerasının inkşafında Linkedin böyük pay sahibi ola bilər. Lakin təsüfflər olsun ki, bir çox insan bu platformaya kifayət qədər diqqət ayırmır və onu Instagram,Facebook, Twitter kimi adi sosial şəbəkə sayır.

İndi gəlin Linkedinin iş həyatında niyə önəmli olduğunu araşdıraq.


1) HR menecerlərin əksəriyyəti Linkedin istifadə edir.

HR menecerlərin 87% namizədlərin tapılması və yoxlanılması üçün Linkedini ən effektiv yol hesab edirlər. Şirkətlər özlərinə uyğun namizədləri burda axtarırlar və əgər sizin bilik və bacarıqlarınız onları qane edirsə sizlə əlaqə saxlayırlar. Beləliklə Linkedin profiliniz sizin canlı rezumenizə(CV) çevrilir. Özünüz aktiv iş axtarışında olmadan belə yeni iş təklifi ala bilərsiniz. Bu isə həm sizin vaxtınıza qanaət edə bilər, həm də gözləmədiyiniz fürsətlər ilə qarşılaşdıra bilər. Bunun üçün peşəkar profilinzin olması önəmlidir.

2) Linkedin profili sizə olan inamı artırır.

Linkedin profilinə inam rezumelərə(CV) nisbətən daha çoxdur. İnsanlar bəzən rezumerlərdə həddindən artıq şişirdilmiş məlumatlar yerləşdirirlər və bu HR-larda şübhələr doğurur və inamı azaldır. Ancaq Linkedinə nəzər yetirdikdə bu inam arta bilər. Çünki burada digər insanlar və hətta işlədiyiniz şirkət bilik və bacarıqlarınızı təsdiqləyə bilər; HR qoşulduğunuz tədbirlər , təsdiq olunmuş sertifikatlar və gördüyünüz proyektlərə nəzər yetirə bilər; keçmiş həmkar və rəhbərləriniz sizin haqqınızda fikir yürüdə bilərlər. Bütün bunlar HR da rezumedə təqdim etdiyiniz informasiya əminlik yaradacaq.

3) Əlaqələri genişləndirmək imkanı

Öz sferanızda nə qədər çox insanla tanış olsanız bir o qədər yaxşıdır. Linkedin bunun üçün ən ideal vasitələrdən biridir. Burada siz digər insanlar ilə müəyyən mövzular ətrafında müzakirələr apara bilər və onların təcrübələrindən yeni biliklər əldə edə bilrəsiniz. Linkedində aktivliyiniz sizin haqqınızda fikir formalaşdırır, bu isə canlı biznes danışıqlarında önəm daşıyır. Həmçinin Linkedində müxtəlif forum, konfrans və seminalar barəsində məlumatlar əldə etmək mümkündür.

4) Vakansiyalar

HR və şirkətlər mütamadi olaraq yeni vakansiyaları öz Linkedin hesablarında paylaşırlar. Bu isə sizə daima yeni vakansiyalar haqqında məlumatlı olmağa imkan verir.

5) Linkedin kursları

Linkedin özünəinkşaf üçün özünün onlayn kursları mövcuddur. Bunun üçün Linkedin Learning platforması yaradılıb. Burada siz bir çox sahəyə aid kurslar tapıb təkminləşə bilərisiniz. Kurslardan qazandığınız sertifikatlar dünyanın hər yerində tanınır. Kurslar üçün əsasən ödəniş tələb olunur, lakin Linkedin Premium istifadə edən şəxslər bütün kurslardan pulsuz istifadə edə bilər.

Yazar: Çingiz Hacıyev

Mənbə: https://ru.modernyoungs.com/post/linkedin-n%C9%99dir-v%C9%99-niy%C9%99-g%C3%B6r%C9%99-%C3%B6n%C9%99mlidir

Continue Reading
Bunlar da maraqlı ola bilər...

PR haqqında məlumatlar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top