Xəbərlər

İnstaqramda problemlər yaranıb

Published on

Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

PR4B “Report” -a istinadən xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, sosial şəbəkənin işindəki nasazlıqlardan əsasən ABŞ, Böyük Britaniya və Kanadadan olan istifadəçilər şikayətlənirlər.

İstifadəçilərin 41 %-i xəbər lentinin gec yüklənməsindən, 40 % videoların yüklənməsindəki yubanmalardan şikayətlənirlər. İnstaqram istifadəçilərinin 19 %-i paylaşımların sosial şəbəkədə yüklənməsindən narazılıq edirlər.

Click to comment

© 2020 Pr4b.az. İstifadə olunan materiallara keçid verilməsi vacibdir.