Bakı Zooloji Parkı heyvanları sevən könüllü gənclər axtarır

Zoopark

Bloqlar

Bakı Zooloji Parkı heyvanları sevən könüllü gənclər axtarır

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidənqurma və bərpa işləri aparılan Bakı Zooloji Parkında çalışacaq könüllülərin toplanılmasına başlanılıb.

IDEA İctimai Birliyindən PR4B-a verilən məlumata görə, ziyarətçilərin istiqamətləndirilməsi və marşrutlar barədə məlumatlandırılması, yemlərin hazırlanması, bələdçilik, nizam-intizama və təhlükəsizliyə riayət edilməsinə nəzarət, təlimlərin keçirilməsi, tədbirlərin təşkili və s. istiqamətlərdə fəaliyyət göstərəcək könüllülərin xoşrəftar, ünsiyyətcil, operativ, təşəbbüskar, pozitiv və heyvanlara qarşı qayğıkeş olması əsas meyarlar arasındadır.

Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 18-29 yaş arası gənclər müraciət edə bilər.

Bakı Zooloji Parkında könüllülük fəaliyyətinə qoşulmaq istəyən şəxslər öz CV-lərini 20 iyun tarixinə qədər [email protected] elektron poçt ünvanına göndərə bilər. Əlavə suallar yaranarsa, 012 497 63 16 nömrəsi ilə əlaqə saxlamaq xahiş olunur.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Bloqlar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top