Xəbərlər

Şirvan şəhərində “KOB Dostu” fəaliyyətə başlayıb

Published on

Şirvan şəhərində, eləcə də ona yaxın ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri və öz biznesini qurmaq istəyən potensial sahibkarlar biznes fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün Şirvan “KOB Dostu”na müraciət edə bilərlər. Şirvan “KOB Dostu” ofisi Şirvan Gənclər Mərkəzində yerləşir.

Bu barədə PR4B İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBIA) istinadən xəbər verir.

Digər KOB dostları kimi Şirvan “KOB Dostu” da iqtisadi rayonda yeni KOB-ların yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri (informasiya, məsləhət, hüquqi yardım, dövlət və özəl qurumlarla əlaqələndirmə və s.) çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcək, KOB-ların maraqlarının müdafiəsi, qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcəkdir. Həmçinin, Şirvan “KOB Dostu” sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək, KOB-lara göstərilən dəstək və xidmətlərin təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə monitorinqlər aparacaqdır.

Hazırda ölkənin 21 şəhər və rayonunda 26 “KOB Dostu” fəaliyyət göstərir. 2021-ci il ərzində Salyan, İsmayıllı, Hacıqabul, Sabirabad, Göyçay və digər şəhər və rayonlarda da KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur.

Click to comment

© 2020 Pr4b.az. İstifadə olunan materiallara keçid verilməsi vacibdir.