“Ford”un xalis zərəri 1 milyard dolları keçib

Ford

Xəbərlər

“Ford”un xalis zərəri 1 milyard dolları keçib

“Ford Motor Co.” Korporasiyasının baş şirkəti olan “Ford” 2020-ci ili 1,279 milyard ABŞ dolları həcmində xalis zərərlə başa vurub. Halbuki öncəki ildə şirkət ili 47 milyon dollar mənfəətlə başa vurmuşdu.

PR4B “Report”-a istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Hesabat dövründə hər səhm üçün seyrəltilmiş zərər 0,32 ABŞ dolları təşkil edib. Öncəki ildə bu göstərici 0,1 dollar miqdarında mənfəətə bərabər idi. “Ford”un ötən ildəki gəliri illik ifadədə 18% azalaraq 127,144 milyard ABŞ dollarına düşüb.

“Ford”un ötən ilin dördüncü rübündə xalis zərəri illik müqayisədə 1,6 dəfə artaraq 2,788 milyard ABŞ dollarına çatıb. Hər səhm üçün seyrəltilmiş zərər 0,7 ABŞ dolları təşkil edib. Öncəki ildə bu göstərici 0,42 dollarına bərabər idi. Bu üç aydakı gəlir illik ifadədə 9% azalaraq 36 milyard ABŞ dollarına düşüb.

Şirkətin məlumatına görə, istehsal itkiləri bu ilin ilk yarısı ərzində də gözlənilir. Eyni zamanda yarımkeçirici çatışmazlığı bu ilki əməliyyat nəticələrinə də təsir edə bilər.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    53% 8 / 15
  • Məlumatım yoxdur
    6% 1 / 15
  • PR Marketinqin bir hissəsidir
    20% 3 / 15
  • PR reklamdır
    6% 1 / 15
  • PR sahəsində çalışıram
    13% 2 / 15
To Top