Pandemiyaya görə 70 mindən çox insan işsiz qalıb

işsiz

Xəbərlər

Pandemiyaya görə 70 mindən çox insan işsiz qalıb

Yaponiyada koronavirus pandemiyasına görə 70 mindən çox insan iş yerlərini itirib.

PR4B Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yayıb.

Qeyd edilib ki, 2020-ci ilin yanvarın 6-dan etibarən bu günə qədər 70 242 nəfər iş yerlərini itiriblər.

Koronavirus pandemiyası Yaponiyada iaşə sektorunu tamamilə sıradan çıxarıb və işsiz qalanların çox hissəsi bu sektroda çalışanlardır. Restoranlarda çalışan 10 445 nəfər işsiz qalıb. Pərakəndə sektorda 9 378 nəfər, turizm sektorunda 8 614 nəfər iş yerini itirib.

Xatırladaq ki, Beynəlxalq Əmək Təşkilatının elan etdiyi məlumata görə koronavirus pandemiyasına görə iş yerlərini itirənlərin sayı 1,6 milyard nəfəri keçməsi gözlənilirdi.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    53% 8 / 15
  • Məlumatım yoxdur
    6% 1 / 15
  • PR Marketinqin bir hissəsidir
    20% 3 / 15
  • PR reklamdır
    6% 1 / 15
  • PR sahəsində çalışıram
    13% 2 / 15
To Top