Xarici kommunikasiyalar üzrə aparıcı mütəxəssis peşəsi üzrə vakansiya

Oba market

Vakansiyalar

Xarici kommunikasiyalar üzrə aparıcı mütəxəssis peşəsi üzrə vakansiya

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (Marketinq, İctimaiyyətlə əlaqələr, Reklam və ya Jurnalistika üzrə arzuolunandır)
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili və rus dili (arzuolunandır)
  • Kompüter bilikləri: Microsoft Office (əlavə olaraq dizayn proqramlarını bilməsi arzuolunandır)
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
  • Yüksək icraçılıq bacarığı, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik;

Vəzifə öhdəlikləri:

  • Şirkətin ictimai əlaqə strategiyaları, şöbənin plan və proqramlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək, təklif və təşəbbüslərlə çıxış etmək;
  • PR kampaniyalarına dair təkliflər vermək, keçirilən kampaniyaların nəticələrini təhlil etmək;
  • Press-relizlər, məqalələr, reklam mətnləri yazmaq;
  • İctimaiyyətlə əlaqələr şöbəsinin faəliyyətinin sosial şəbəkələrdə işıqlandırılması üçün sosial media mütəxəssisləri ilə qarşılıqlı şəkildə çalışmaq;
  • Şirkətin KİV-də və sosial mediadakı paylaşımlarına, eləcə də korporativ sayt və nəşrlərindəki mətnlərinə nəzarət etmək, mütəmadi media monitorinqi aparıb hesabatlar hazırlamaq;
  • Media siyahılarını və əlaqə məlumatlarını sistemli şəkildə mütəmadi olaraq yeniləmək;
  • Rəqiblərin və analoji qurumların fəaliyyətini araşdırmaq və izləmək;
  • Şirkətin və şöbənin fəaliyyəti ilə bağlı müvafiq məlumatların (mediada xəbər və açıqlamalar, sosial şəbəkə paylaşımları, foto, video, audio və s.) izlənməsi və arxivləşdirilməsini təmin etmək;
  • Şirkətin rəhbər şəxsləri və nümayəndələrinin mətbuat konfransı və brifinqlərinin keçirilməsini təşkil etmək;

Əlavə təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xarici kommunikasiyalar üzrə aparıcı mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Vakansiyalar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top