Vakansiyalar

Marketinq və Kommersiya üzrə mütəxəssis

Published on

İş barədə məlumat

Marketinq və Kommersiya üzrə mütəxəssis

Departament- Tərəfdaşlarla İş və Kommunikasiyalar departamenti
Şöbə- Marketinq və Kommersiya şöbəsi

Vəzifə Funksiyaları

• Mərkəz tərəfindən təqdim edilən cari və yeni məhsul və xidmətlərin potensial tərəfdaşlara təqdimatını təşkil etmək;
• Həmin məhsul və xidmətlərin inkişafı istiqamətində təkliflərin verilməsi, müştəri istəklərinə uyğun formalaşdırılması, icrasına nəzarət edilməsi;
• Satış kanallarını müəyyən edərək, satış planının hazırlanması, icra edilməsi;
• Uyğun sahədə yerli bazarı araşdırmaq, analizlər etmək, təhlillər aparmaq.
• Müştəri bazasının genişləndirilməsi, layihələr üzrə görüşlərin keçirilməsi və əməkdaşlıq sonrası dəstəyin göstərilməsi;
• Bazarda mövcud marketinq kampaniyalarının daim nəzarətdə saxlanması və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edilməsi;
• İstifadə olunan layihələrin və xidmətlərin effektivliyinin təhlil edilməsi;
• Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərin həll edilməsi;
• Uyğun sahədə bazardakı potensial məhsul və xidmətlərin araşdırılması, yeni ideyaların və təkliflərin verilməsi.

Namizəd üçün tələblər

• Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, Marketinq istiqamətləri üzrə arzuolunandır);
• Yüksək analitik, ünsiyyət və təqdim etmə bacarıqlarının olması;
• Uyğun sahədə min. 3-5 il iş təcrübəsinə malik olmaq;
• IT, Texnologiya, Fintech və digər istiqamətlərdə bazarı tanımaq və analiz etmək qabiliyyətinə malik olmaq;
• Məqsədyönlü, operativ, yenilikçi və komandada işləmək bacarığı
• MS Windows, MS Office, Internet – yüksək istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);
• Yüksək Azərbaycan dili və İngilis dili bacarıqları (Rus dili arzuolunandır).

E-mail: egov-qt@asan.gov.az

Click to comment

© 2020 Pr4b.az. İstifadə olunan materiallara keçid verilməsi vacibdir.