Bloqlar

İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri

Published on

Ə/h razılaşma yolu ilə. Araz Supermarket İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin siyasətinə uyğun ictimaiyyətlə əlaqələr strategiyasını hazırlamaq, ictimaiyyətlə əlaqələr kampaniyalarını müəyyən etmək, hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
  • Yerli, beynəlxalq sərgilərdə və digər ictimai tədbirlərdə şirkəti təbliğ etmək, bu istiqamətdə ictimaiyyətlə əlaqələr kampaniyalarının təşkilinə və icrasına nəzarət etmək;
  • Şirkətin ictimai nüfuzunun və imicinin qorunması və möhkəmləndirilməsi yolunda fəaliyyətləri təşkil etmək və onlara nəzarət etmək;
  • KİV nümayəndələrinin müraciətlərinə vaxtında baxılmasını və cavablandırılmasını təmin etmək;
  • Şirkətdə əlamətdar tədbirlərin həyata keçirilməsini müvafiq struktur bölmələrlə birlikdə təmin etmək;
  • İctimaiyyətlə əlaqələr fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə şirkət daxili və şirkət xarici əlaqələrin genişlənməsini təşkil etmək

Tələblər:

  • Ali təhsil;
  • İctimaiyyətlə əlaqələr və ya media-televiziya sahəsində fəaliyyəti üzrə rəhbər vəzifədə ən azı 2 il iş təcrübəsi;
  • Yaradıcı düşüncəli, işinə həvəs və peşəkarlıqla yanaşması;
  • Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyətlərinin olması;
  • Media strategiyası, korporativ sosial məsuliyyət strategiyaları haqqında biliklərin olması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Xarici dil biliklərinin olması arzuolunandır;
  • Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;

Təminatlar:

  • Servis xidməti;
  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “PR Manager” adını mövzu hissədə qeyd etməklə CV formalarını zaur.mahmudov@retail.az və Elcin.Ekberov@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərlər.

Click to comment

© 2020 Pr4b.az. İstifadə olunan materiallara keçid verilməsi vacibdir.