Vakansiyalar

Kontakt Home marketoloq axtarır

Published on

Ə/h 1200-1600 AZN. Kontakt Home Marketinq üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Analoji sahədə ən azı 3 il iş təcrübəsi tələb olunur.

Vəzifələr:

  • Reklam və promo kampaniyaları üçün kreativ ideyaların təklifi;
  • Müxtəlif kampaniyalar üzrə layihələrin işlənilməsi(büdcə, deadline, auditoriya, kommunikasiya vasitəsi müəyyənləşdirmək, geri dönüşü hesablamaq);
  • Ayrılmış resursların düzgün istifadəsinə nəzarət edilməsi və layihənin müəyyənləşdirilmiş büdcə və deadline çərçivəsində həyata keçməsinin təmin edilməsi;
  • Mütəmadi olaraq bazarı izləmək və yeni imkanları aşkarlamaq;
  • Bazarın dinamikasına uyğun çevik həllər təklif etmək;
  • Bazarda yeni məhsulun tanıdılması planını hazırlamaq və icra etmək;
  • Görülmüş işlərin effektivliyini ölçmək və bu barədə rəhbərliyə həftəlik/aylıq hesabatların təqdim edilməsi.

Tələblər:

  • Minimum 3 il bu sahədə peşəkar təcrübə. Bank və ya Retail (B2C) təcrübəsi üstünlükdür;
  • Biznes düşüncəsi olmalı və marketinq strategiyası qurmağı bacarmalıdır;
  • Kreativ marketinq layihələri üzrə təcrübəli olmalıdır (Portfolio arzuolunandır);
  • Layihə idarəetmə (Project Management) təcrübəsi mütləqdir;
  • Bütün marketinq kommunikasiya vasitələri ilə iş təcrübəsi (Tv, Radio, çöl reklamları, influencer marketinq, rəqəmsal reklam vəs).

İş barədə məlumat:

  • İş qrafiki: I-V günlər, 09:00-18:00
  • Əmək haqqı: 1200 – 1600 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər hr@kontakt.az elektron ünvanına mövzu yerində “Marketinq üzrə mütəxəssis” qeyd edərək CV formasını göndərməklə müraciət edə bilərlər.

Click to comment

© 2020 Pr4b.az. İstifadə olunan materiallara keçid verilməsi vacibdir.