Diqqət! AzTU-nun bu ixtisasını seçən abituriyentlər Almaniyada təhsil ala bilər

Xəbərlər

Diqqət! AzTU-nun bu ixtisasını seçən abituriyentlər Almaniyada təhsil ala bilər

2020/2021-ci tədris ilində Azərbaycan Texniki Universitetinə (AzTU) “050612 – Maşın mühəndisliyi” ixtisası üzrə yüksək balla qəbul olunan abituriyentlər Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dilli qrupunda təhsil ala biləcək.

PR4B xəbər verir ki, bu qrupda təhsil alan tələbələr Almaniyanın müxtəlif universitetlərində, xüsusilə AzTU-nun əməkdaşlıq haqqında müqaviləsi olan Brandenburq Texniki Universitetində (BTU) təcrübə keçmək, Avropa Birliyinin ERASMUS+ mübadilə proqramı çərçivəsində 1 semestr ərzində təhsil almaq, gələcəkdə təhsillərini magistratura səviyəsində davam etdirmək, konfranslarda və yay məktəblərində iştirak etmək və s. şanslardan yararlana bilər.

Alman dili səviyyələri yüksək olduğu üçün, onların müstəqil olaraq Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramlarında da iştirak etmək imkanları var.

Qrupun tələbələrinə heç bir əlavə təhsil haqqı ödəmədən hər gün 2 akademik saat alman dili tədris olunur. Bu da onlara alman dilini yüksək səviyyədə mənimsəməyə imkan yaradır.

Xatırladaq ki, alman dili qrupu 2018/2019-cu tədris ilində AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin tərkibində Maşın mühəndisliyi ixtisası üzrə yaradılıb.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    53% 8 / 15
  • Məlumatım yoxdur
    6% 1 / 15
  • PR Marketinqin bir hissəsidir
    20% 3 / 15
  • PR reklamdır
    6% 1 / 15
  • PR sahəsində çalışıram
    13% 2 / 15
To Top