Xəbərlər

“Onlar Sevinsin” layihəsi bu il Tovuzun Ağdam kəndində

Published on

Sosial yönümlü layihələrin icrasına daim xüsusi önəm verən Bank of Baku, Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində yeni tədris ilinə özəl olaraq həyata keçirdiyi “Onlar Sevinsin” layihəsini bu il də uğurla başa çatdırdı.

PR4B xəbər verir ki, layihənin dördüncü ilində Bank of Baku-nun əməkdaşları Tovuzun qəhrəmanlar, igidlər kəndi olan Ağdam kəndinə səfər etdilər. Güllə səslərinin qulaq batırdığı, cəsarətin qorxuya qalib gəldiyi, torpağından, suyundan qəhrəmanlıq ətri gələn bu kənddə yaşayan və təhsil alan 150 nəfər məktəbliyə sevgi dolu çantalarını pay etdilər.

“Onlar Sevinsin” layihəsinin əsas məqsədi ucqar rayon və kəndlərdə yaşayan aztəminatlı və şəhid ailələrinin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin etmək, yeni dərs ili öncəsi onları sevindirməklə təhsillərinə töhfə verməkdir.

Layihənin gedişatını əks etdirən video çarxlarla aşağıdan tanış bilərsiniz:

Qeyd edək ki, 2017-ci ildən icrasına start verilən “Onlar Sevinsin” layihəsi ilə Bank of Baku 4 il ərzində ümumilikdə 500 nəfərə yaxın məktəblini sevindirmiş, təhsillərinə dəstək olmuşdur.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

Click to comment

© 2020 Pr4b.az. İstifadə olunan materiallara keçid verilməsi vacibdir.