Vakansiyalar

Marketinq sahəsi üzrə təcrübə proqramı

Published on

İş barədə məlumat

“Okmedia” şirkəti satış və marketinq sahəsində karyera qurmaq istəyən gənclər üçün təqaüdlü Yay təcrübə proqramını elan edir. Proqramı uğurla bitirdikdən sonra staff olaraq qəbul olunma şansı vardır. 3 aylıq təcrübə proqramında bütün proses öyrədilir:

– Bazar araşdırmasının aparılması
– Ehtiyaclı müştəri təyini
– Cari müştərilərə çarpaz satış (Cross sales)
– Satışda psixologiya taktikalarından istifadə
– DATA analitikasından istifadə
– Potensial müştəri ilə email, linkedin, telefonla ilkin əlaqənin qurulması
– İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak
– Müştəri məmnuniyyəti və etiket qaydalarından istifadə

İş şəraiti:
– Koroğlu m. yaxınlığında şəraitli ofis
– İş saatları: 11:00-dan 19:00-dək (həftədə 6 gün)
– Gənc, kreativ komanda
– Aylıq təqaüd + satışdan bonus + motivasiya ödənişləri

Namizədə tələblər

– Yalnız xanım namizədlər
– Marketinq və satış sahəsinə böyük maraq
– Özgüvən, arxayınlıq
– Zəngin söz bazası və yüksək IQ
– Yüksək ünsiyyət bacarıqları

Müraciət üçün mütləq fotoşəkilli CV faylı və nəyə görə sizi seçməli olduğumuza dair iddianızı cv@okmedia.az ünvanına və ya whatsapp nömrəsinə göndərin

Click to comment

© 2020 Pr4b.az. İstifadə olunan materiallara keçid verilməsi vacibdir.