Rəqəmsal marketinq üzrə mütəxəssis

Sosial şəbəkə

Vakansiyalar

Rəqəmsal marketinq üzrə mütəxəssis

Vəzifə və Öhdəliklər:

  • Rəqəmsal marketinq ehtiyaclarını anlamaq üçün məhsul komandaları ilə birgə çalışmaq və uyğun marketinq strategiyaları formalaşdırmaq;
  • Rəqəmsal marketinq üzrə təşəbbüsləri portfelini tətbiq etmək;
  • Lidlər yaratmaq və satışı artırmağa dəstək olmaq üçün orqanik, ödənişli sosial, e-poçt, PPC, displey şəbəkəsi, SEO və «affiliate» mrketinq kanallarını təkmilləşdirmək;
  • Rəqəmsal marketinq və müştəri səyahəti təkmilləşdirmə boyunca viuzal dizaynlarda davamlılığı təmin etmək;
  • Rəqəmsal marketinq materiallarının tələblərə uyğun qaydada yaradılmasını təmin edərək təchizatçılar və agentliklərlə işləri koordinasiya etmək;
  • Komandaya rəqəmsal kanallarda strateji hədəflərə çatmaqda kömək etmək və işlərin müvəffəqiyyətli icrasını izləmək;
  • Rəqəmsal marketinq kampaniyalarının nəticələrinin ölçülməsi məqsədilə analizlərin həyata keçirmək.

Bilik və bacarıqlar:

  • Əlaqədar sahədə bakalavr və ya daha yüksək səviyyədə ali təhsil (marketinq, biznes və ya maliyyə sahəsində təhsil arzuolunandır);
  • Kampaniyaların idarəetməsində və/və ya rəqəmsal marketinq kampaniyalarının reallaşdırılması istiqamətində iş təcrübəsi;
  • Marketinq üzrə 2 illik iş təcrübəsi (ən az 1 ili rəqəmsal marketinq üzrə olmaqla);
  • Ənənəvi və rəqəmsal marketinq üzrə dərin anlayış;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Azərbaycan dilini səlis bilmək, İngilis və Rus dilini səlis bilmək arzuolunandır;
  • Analitik və kreativ düşünmə tərzinə malik olmaq və problemləri həll etmək bacarığı;
  • Sahələrarası və fərqli funksiyalarla birgə işləmək bacarığı.

Son müraciət tarixi: 15 sentyabr, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Vakansiyalar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top