Daha bir jurnalistə vəzifə verildi

Xəbərlər

Daha bir jurnalistə vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. Bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

Murad daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də “Yaşamaq Gözəldir” və “Günə Doğru” proqramlarının aparıcısı idi.

Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    53% 8 / 15
  • Məlumatım yoxdur
    6% 1 / 15
  • PR Marketinqin bir hissəsidir
    20% 3 / 15
  • PR reklamdır
    6% 1 / 15
  • PR sahəsində çalışıram
    13% 2 / 15
To Top