“İdxal-ixrac əməliyyatlarında maliyyə alətləri” vebinarı keçiriləcək

zoom

Tədbirlər

“İdxal-ixrac əməliyyatlarında maliyyə alətləri” vebinarı keçiriləcək

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, “Kapital Bank” ASC və USAID Özəl Sektorun İnkişafı Layihəsinin birgə təşkilatçılığı ilə “İdxal-ixrac əməliyyatlarında maliyyə alətləri” mövzusunda vebinar keçiriləcək.

Bu barədə “Report” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, vebinarın keçirilməsində əsas məqsəd ixrac işinin təkmilləşdirilməsi prosesində maliyyə alətlərinin tətbiqi imkanlarının müzakirəsidir. 

Vebinar çərçivəsində COVID-19 pandemiyası dövründə kiçik və orta sahibkarların xarici bazarlara çıxışında həyata keçirilən islahatlar və təşviqlər, pandemiya və post-pandemiya dövründə ixracatçıların xarici bazarda maliyyə itkisi ilə qarşılaşmaması üçün təklif edilən maliyyə alətləri, faktorinq, qarantiya və s. maliyyə alətlərinin ixracatçıların iş fəaliyyətinə gətirəcəyi üstünlüklər, ixracyönümlü fəaliyyətin qurulması zamanı idxal ediləcək avadanlıqlar üçün təklif edilən güzəştlər, kiçik və orta sahibkarların xarici tərəfdaşlarla əməliyyatlarda əməkdaşlıq zamanı maliyyə prosedurlarında güvən və etibarlılığın təmin edilməsi və s. istiqamətlərə toxunulacaq.

Qeyd edək ki, vebinar avqustun 13-də saat 17:00-da keçiriləcək. İştirak üçün link:  https://us02web.zoom.us/j/84321373251

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Tədbirlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top