Türkiyədə sosial şəbəkələrlə bağlı qanun qəbul edildi

Sosial şəbəkə

Xəbərlər

Türkiyədə sosial şəbəkələrlə bağlı qanun qəbul edildi

Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

PR4B Azvision-a istinadən xəbər verir ki, qanuna əsasən, sosial şəbəkələrə sahib olan xarici şirkətlərdən Türkiyədə ofislərini açması tələb olunur. Xüsusilə, bu tələb “Facebook”, “Twitter” və “Instagram”a aiddir.

Bundan əlavə, şirkətlər öz platformalarında qanunsuz materialların yayılmasının qarşısını almaq üçün tədbirlər görməlidir, bu cür materialların yayılacağı təqdirdə isə məsuliyyət daşıyacaqlar.

Xarici şirkətlərin Türkiyədə nümayəndəlik açmaqdan imtina etməsi halında, sosial şəbəkələrə giriş məhdudlaşdırılacaq.

Qeyd edək ki, qanun layihəsini bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqləyəcəyi gözlənilir.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top