TikTok dünya üzrə yeni rekord vurdu

Xəbərlər

TikTok dünya üzrə yeni rekord vurdu

Qısa videoları paylaşmağa imkan verən sosial media platforması TikTok, iOS və Android cihazlarında 2 milyard yükləməyə çatdı. Platforma xüsusilə son 5 ayda böyük bir sıçrayış yaşadı.

Dünyadakı ən çox yayılan video paylaşma tətbiqlərindən biri olan TikTok, Google Play Store və Apple App Store’da yüklənməsinin 2 milyardı keçdiyini bildirdi. Mobil tətbiqetmələr haqqında məlumat paylaşan SensorTower’in paylaşdığı məlumata görə, TikTok 315 milyon yükləmə ilə 2020-ci ilin ilk rübündə ən çox yüklənmiş tətbiqetmə oldu.

TikTok’un yeni istifadəçilər qazanması, tətbiq sahibi ByteDance’a daha çox qazanc əldə etməyə imkan verir. Şirkət 5 ay əvvəl 175 milyon dollar qazansa da, hal hazırda 456.7 milyon dollar gəlir əldə edir. Bu gəlirin təxminən 72,3 faizi Çinin, 86.5 milyon dolları ABŞ-dan gəldi. SensorTower’in strateqi Craig Chapple, TikTok’un ilk rübdə qazandığı istifadəçilərinin böyük qismini COVID-19 pandemiyası müddətində cəlb etdiyini söylədi.

Tətbiqin ən çox istifadə edildiyi iki yer, iki böyük bazar var. Yerli bazarı Çində çox sayda yüklənən TikTok, dünyanın başqa bir böyük bazarı olan Hindistanda 611 milyon dəfə endirilib. Bundan əlavə, şirkətin yükləmələrinin 75,5 faizi Google Play Store üzərindəndir. İstifadəçilərin çoxusu Android’də olsa da, şirkət iOS platformasından da yaxşı gəlir əldə edir. Beləki TikTok’un illik qazancının 456 milyon dolları Apple istifadəçilərindən gəldi.

Murad Koroğluyev

Mənbə: https://marketinghub.az/2020/05/01/tiktok-dan-dunya-uzr%c9%99-yeni-rekord/

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top