Xəbərlər

Milli Qəhrəmanın oğlu mətbuat katibi təyin edildi

Published on

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb.

Belə ki, Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.
C.Əsgərov PR4B Modern.az-a istinadən xəbər verir ki, bu, onun mətbuat xidmətində ilk fəaliyyəti deyil. O, hələ yeni başladığı iş haqda geniş danışmaq istəməyib.

Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar “Araz” radiosunda siyasi şərhçi, “Türk El” telekanalında baş direktor, CBC kanalında “Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.

Yeni təyinatından əvvəl C. Əsgərov www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru kimi çalışıb.

Xatırladaq ki, Ceyhun Əsgərov şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.

Click to comment

© 2020 Pr4b.az. İstifadə olunan materiallara keçid verilməsi vacibdir.