Zoom evdən işləyənlər üçün planşet satacaq

zoom

Xəbərlər

Zoom evdən işləyənlər üçün planşet satacaq

Qurğunun satışları avqustda başlayacaq, qiyməti isə 599 dollar olacaq.

Zoom kompaniyası Zoom for Home adı altında yeni məhsul xəttini hazırlayır. Buraya evdən işləyənlər və distant təhsil alanlar üçün qurğular daxildir.

PR4B Facemark-a istinadən xəbər verir ki, Zoom for Home məhsul xəttinin birinci məhsulu DTEN ME adlı planşetdir.

Qajetin qiyməti 599 dollar olacaq və məhsulun satışları, ancaq Amerika bazarı üçün əlçatan olacaq.

İstehsalçıların sözlərinə görə, qurğudan tamekranlı ikinci bir monitor kimi istifadə etmək olar. Qurğuya iş prosesi üçün lazım olan bütün proqramlar qoşulub. Məsələn, video konfrans və ya zənglər üçün proqram, layihə ilə bağlı şərh yazmağın mümkün olduğu interaktiv lövhə və s.

27 düymlük planşet üç ağıllı kameraya, səs-küyü azaldan mikrofona və quraşdırılmış dinamikalara malikdir.

Qurğunun istifadəsi üçün isə əsas bazanın daxil olduğu, Zoom Meeting-in istənilən lizenziyasına sahib olmaq tələb olunur.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top