Facebook TikTok-un analoqunu hazırlayır

Tiktok

Xəbərlər

Facebook TikTok-un analoqunu hazırlayır

Facebook Çinin TikTok platformasını Instagram sosial şəbəkəsinin əsas bazası fonunda yaratmağı planlaşdırır.

PR4B Facemark-a istinadən xəbər verir ki, xidmət Reels adlandırılıb və avqustda ABŞ və Hindistanda daxil olmaqla 50 ölkədə görünəcək.

Techcrunch nəşri yazır ki, Hindistan hökuməti TikTok-un istifadəsinə ölkəsində qadağa qoyub, Amerikada isə planlaşdırılır. Reels funksionallığına görə, TikTok-a bənzəyir. Burada 15 saniyəyə qədər davam edən video çarxlar hazırlamaq mümkün olacaq. Xidmət sizə video sürətini tənzimləməyə, video çarxa əlavə səslər yükləməyə və digər videolardan əlavələr etməyə icazə verəcək. Bu isə Duet və TikTok-un funksiyalarına oxşarlığı xatırladır.

Daha əvvəl Facebook TikTok-a bənzəyən Lasso əlavəsini istifadəyə vermişdi. Ancaq Facebook onu bağladı və bildirdi ki, Reels-in istifadəsi daha rahatdır. Reels ötən ilin noyabrından test etməyə başlayıblar.

İstifadəçilər isə inanır ki, Reels böyüməyə davam edən TikTok-un bazarını ələ keçirmək şansına sahibdir. Üstəgəl, bəzi ölkələrdə TikTok-u bağlayıblar. Bu format digər platformalar üçün əyləncəlidir.

Öz növbəsində,YouTube videohostinqi də özünün qısa videoların yaradılması üzrə xidmətini işə salmağı düşünür. Bu da TikTok-a rəqib olacaq.

Rusiyada isə VKontakte analoji xidmət olan Kliplər-i işə salıb. Burada qısa, şaquli videoların paylaşılması mümkündür.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top