“Yelo Bank” nar istehsalçılarını və ixracatçılarını dəstəkləyəcək

Yelobank

Xəbərlər

“Yelo Bank” nar istehsalçılarını və ixracatçılarını dəstəkləyəcək

“Yelo Bank” və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) arasında əməkdaşlıq haqqında Niyyət protokolu imzalanıb.

PR4B Report-a istinadən xəbər verir ki, protokola “Yelo Bank”ın Biznes Bankçılıq İdarəsinin baş direktoru Elşən Pirmalıyev və ANİİA-nın sədri Fərhad Qaraşov imza atıblar.

Sənədə əsasən, tərəflər ticarət imkanlarının araşdırılması, təcrübə mübadiləsi, treninqlərin keçirilməsi və ANİİA üzvü olan sahibkarlara güzəştli kreditlərin ayrılması sahəsində əməkdaşlıq edəcəklər.

“”Yelo Bank” real sektorun inkişafına dəstək verməyə davam edir. Bu baxımdan Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və digər dövlət institutları ilə əməkdaşlığı xüsusi qeyd etmək olar. 2020-ci ilin əvvəlindən biz AKİA xətti ilə 100-dən çox fermerə 1 milyon manatdan artıq kredit ayırmışıq. Aqrar sektordakı potensialı nəzərə alaraq bu rəqəmin sürətlə artacağını gözləyirik. Ölkədə nar istehsalı və ixracı ildən-ilə artır və bu sahə daha çox sahibkarın diqqətini cəlb edir. Narçılıq sahəsində öz planlarını reallaşdırmaq istəyən fermerlər “Yelo Bank”ın dəstəyindən yararlana bilər”, – deyə Elşən Pirmalıyev bildirib.

“”Yelo Bank” ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr və tədbirlər ANİİA üzvlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində, sahibkarların maarifləndirilməsində əhəmiyyətli olacaq. Son nəticədə isə bütün bunlar üzvlərimizin ölkə iqtisadiyyatındakı rolunun möhkəmləndirilməsinə xidmət edəcək”, – Fərhad Qaraşov qeyd edib.

Xatırladaq ki, 2008-ci ildən bankın majoritar səhmdarı “Topaz Investment Limited” MMC-dir, digər payçılar isə fiziki şəxs və “ISR Holding” Şirkətlər Qrupudur.

2016-cı ildən fəaliyyətə başlayan ANİİA-nın 350-dən çox üzvü var.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    53% 8 / 15
  • Məlumatım yoxdur
    6% 1 / 15
  • PR Marketinqin bir hissəsidir
    20% 3 / 15
  • PR reklamdır
    6% 1 / 15
  • PR sahəsində çalışıram
    13% 2 / 15
To Top