KOBİA sahibkarlara müraciət edib

Xəbərlər

KOBİA sahibkarlara müraciət edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznes dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarlara müraciət edib.

PR4B xəbər verir ki, sərt karantin rejiminin tətbiq edildiyi bir sıra şəhər və rayonlarda fəaliyyət göstərən KOB dostları iyulun 20-dək mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsafədən, onlayn xidmətlər göstərəcək.

Müvafiq rayon və şəhərlərdə fəaliyyət göstərən KOB-lar sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək və xidmətlər, o cümlədən pandemiyadan zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə KOB dostlarına onlayn müraciət edə bilərlər.

Sahibkarlar KOB dostlarının əlaqə vasitələri ilə bu keçiddən tanış ola bilərlər – https://smb.gov.az/nav/kob-dostu

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top