STP yeni təcrübə proqramına başlayıb

STP yeni təcrübə proqramına başlayıb

Tədbirlər

STP yeni təcrübə proqramına başlayıb

Sumqayıt Texnologiyalar Parkı gənc və perspektivli insanlar üçün ilkin təcrübə tələb etməyən ödənişli təcrübə proqramını həyata keçirdir. “Sənin Təcrübə Proqramın” adlanan layihə 18-30 yaşlı gənclərin ixtisas/peşə biliklərinin artırılması və bacarıqlarının iş sahəsində inkişaf etdirilməsi məqsədini daşıyır. Layihə  iştirakçılara peşə yolunda ilk təcrübələrinin Azərbaycanın istehsal sənayesinin qabaqcıl şirkətlərindən birində əldə etməyə imkan yaradır. Bundan savayı, fəaliyyəti zamanı xüsusi həvəs, bilik və bacarığı ilə seçilənlər müəssisədə iş fəaliyyətini davam etdirmək imkanını əldə edəcəklər. 

Bu layihə STP-nin həyata keçirdiyi ilk təcrübə proqramı deyil. Bundan öncə də  anoloji layihələr həyata keçirilmişdir və hazırda yüzdən çox belə proqram iştirakçısı STP-də iş fəaliyyətinə davam edir. Bu cür layihələrlə STP həm bilikli və bacarıqlı  gəncləri öz fəaliyyətinə cəlb etmək, həmçinin istehsal sahəsində kadr  çatışmazlığının azalmasına töhfə verir. STP-nin təcrübə proqramlarında iştirak etmiş şəxslər rahatlıqla digər müəssisələrdə iş tapa bilirlər.

Layihədə orta məktəb, peşə ixtisası, lisey, kollec və ali təhsili olan gənclər müraciət edə bilər. İştirak etmək istəyən şəxslər təhsili təsdiq edən sənədlər (əgər varsa), iştirak etdiyi əlavə kurs və təlimləri təsdiq edən sənədləri (əgər varsa) və CV-lərini mövzu hissəsində “STP 6 aylıq təcrübə proqramı” qeyd etməklə [email protected] ünvanına 20 may 2020-ci il tarixinədək göndərməlidirlər. 20 may 2020-ci il tarixindən sonra göndərilən müraciətlər təcrübə proqramı üçün baxılmayacaq.

Qeyd edək ki, seçilmiş namizədlər Texnoparkda 6 ay işləyəcəklər və aylıq 300 azn xalis əməkhaqqı alacaqlar. Müəssisə 5 günlük iş qrafiki ilə çalışır. Zavod işçiləri 08:00-17:00, ofis işçiləri 09:00-18:00 saatlarda işləyirlər. İşçilər nahar və nəqliyyat xidməti ilə təmin edilir. 

“Sənin Təcrübə  Proqramın” aşağıdakı vakansiyaları əhatə edir:

Təcrübə üzrə vakansiyaTəhsil tələbi
1Mühəndis avtomatikAli
2MexanikOrta/ Peşə / Ali
3OperatorOrta/ Peşə / Ali
4Avtomobil təmiri üzrə ustaOrta/ Peşə / Ali
5Elektrik montyoruAli
6İlməkçi / Fəhlə (Yükləyici)Orta/ Peşə / Ali
7LaborantAli
8Polimer qaynaqçısıOrta/ Peşə / Ali
9Qaynaqçı (əl-elektrod, yarımavtomat, arqon)Orta/ Peşə / Ali
10Quraşdırıcı çilingərOrta/ Peşə / Ali
11Təmirçi çilingərOrta/ Peşə / Ali
12RəngsazOrta/ Peşə / Ali
13QumlayıcıOrta/ Peşə / Ali
14Hidravlik-çilingərOrta/ Peşə / Ali
15Elektrik-çilingərOrta/ Peşə / Ali
16TornaçıOrta/ Peşə / Ali
17DülgərOrta/ Peşə / Ali
18Qaz kəsicisiOrta/ Peşə / Ali

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Tədbirlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top