Mütəxəssislər Səhiyyə Nazirliyini tənqid etdilər

Mütəxəssislər Səhiyyə Nazirliyinin PR işini tənqid etdilər

Sorğular

Mütəxəssislər Səhiyyə Nazirliyini tənqid etdilər

Koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması məqsədi ilə karanti rejimi tətbiq edilir. Bu müddətdə hər bir qurum öz üzərinə düşən işin öhdəsindən laiqincə gəlməyə çalışır. Heç kimə sirr deyil ki, belə hallar qurumların PR-ına da müsbət və ya mənfi cəhətdən ciddi təsir göstərir. PR4B saytı PR və Marketinq mütəxəsslərinə maraqlı bir sual ünvanlayıb. Sizə görə koronavirus hansı qurumların və ya şirkətlərin PR-ına mənfi və ya müsbət təsir göstərdi?

PR və Marketinq mütəxəssislərinin məsələyə münasibəti belə olub:

Rza Mamedov: “Səhiyyə Nazirliyinin PR-ı heç də ürəkaçan deyil”.

Müşviq İsgəndərov: “Səhiyyə Nazirliyinin olmadığını bir daha əmin olduq”.

Samir Əfətli: “Rabitə və Yek Texnologiyalar Nazirliyinin PR-ı çox zəif işlədi və nazirliyin imicinə mənfi təsir göstərdi”.

Rəşad Əliyev: “Dərin dövlətlərin PR-ına müsbət təsir göstərdi”.

Afət Yaqubova: “Ölkə üzrə tibb sektorunun nüfuzuna müsbət təsir etdi. İnsanlar unutdular ki, 1 ay əvvələ qədər ən adi diaqnoz qoyulması üçün xaricə gedirdilər. Nüfuzu olmayan təcili yardım xəstəxanası bizneslərin xeyriyyə etmək üçün can atdıqları məkana çevrildi. Mən məhz PR baxımından deyirəm, keyfiyyət baxımından dəyişib-dəyişmədiyini görmək üçün bu karantin günlərində ağzınacan xəstə ilə dolu bir xəstəxanada vəziyyətə baxmaqla dəyişiklik olub-olmadığını görmək mümkündür. Polis çox gözəl işlədi və məncə, həm PR baxımından, həm də həqiqi nüfuz qazanmaq baxımından Azərbaycan polisi çox yaxşı iş çıxardı. Ümumiyyətlə, dövlətin nüfuzu şirkətləri çox üstələdi. Hətta Fonda pul keçirməyin məbləği belə o qədər böyük rol oynamadı. Fonda pul köçürdükləri ilə bağlı bəhsəbəhslə yayılan ödənişli press-relizlər isə heç təsvirəgəlməz bir şey idi. Mediamız uduzdu. Telekanallar uduzdu. İlin-günün bu vaxtında 65 yaşdan yuxrı olan şəxslər evdə oturan bir vaxtda insanların əhvalına xoş təsir edəcək, panikaya salmayacaq verilişlər, filmlər tapmaq, göstərmək mümkün deyildimi? AMEA-nın nüfuz qurmaq üçün bundan sonra nə edəcəyi mənə çox maraqlıdır. Ölkədə bir işıq və ümid kimi aqrar sahənin, Kənd Təsərrüfatı Nazirliyinin və ərzaqla təmin edənlərin dayanmadan çalışması göründü. Ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem olmayacağı barədə başdan verilən vədlərin özünü tutması çox müsbət addımdır və bu da fermerlərin və ərzaq tədarükçülərinin karantin günlərində fəaliyyətini təmin edənlərin dayanmadan işləməsi ilə bağlıdır Bu da Kənd Təsərrüfatının PR-ına müsbət təsir etdi”.

Təranə Xudabaxşiyeva: “Səhiyyə Nazirliyinin PR-ının nəinki zəif, heç olmadığını artıq əminliklə demək olar. DİN-nin PR-ı isə çox gözəl aparıldı. Hətta sosial şəbəkələrdə polislərin şəkillərinin paylaşılıb təşəkkür edilməsi buna bariz misaldır. TƏBİB də bu vəziyyətdə özünü müsbət yöndə göstərə bildi. Hətta Vergilər Nazirliyinin Vöin ilə işləyənlərə yardım etməsi və bir sıra vergilərdə güzəştlərin edilməsi nazirliyin PR-ına müsbət cəhətdən çox təsir etdi”.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Sorğular

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top