PR haqqında məlumatlar

PR nədir?

Word PR on newspaper. Wooden letters

Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmiş olanı aşağıdakıdır: “Pablik rileyşin” – təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Daha lakonik PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Tərifin daha bir variantı mövcuddur ki, piarın yalnız bir tərəfini müəyyən edir: PR – şirkətin mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin şirkətə yaxşı münasibətini formalaşdırmaq bacarığıdır. Çox vaxt “İctimaiyyətlə əlaqələr”i PR-mütəxəssislərin işinin gedişində istifadə olunan məlum texnika və üsullardan irəli gələrək müəyyən edirlər. Bu zaman “kadr arxasında” qalan odur ki, ictimaiyyətlə əlaqələr bütöv bir prosesdir və çoxlu incə və son dərəcə mühüm cəhətlərdən yaranır. Bura tədqiqat və analitik iş, siyasətin formalaşması, proqramın tərtibi, çoxsaylı auditoriya ilə kommunikasiya və əks əlaqənin saxlanması və s. daxildir. Son illər “ictimaiyyətlə əlaqə” ümumi termini ilə adlandırdığımız ifadənin çoxlu tərifi təqdim edilmişdir. Müasir təcrübəyə daha adekvat və yararlı olan professorlar Lourens V.Longi və Vinsent Hazelton tərəfindən təqdim olunan tərifdir. Onlar ictimaiyyətlə əlaqələri “idarəetmənin kommunikativ funksiyası” kimi təsvir edirlər ki, bunun vasitəsilə “təşkilatlar ətraf mühitə uyğunlaşır, onu təşkilati məqsədlərinə nail olmaq üçün dəyişirlər (və ya saxlayırlar)”. Bu yanaşma ictimaiyyətlə əlaqə probleminə ən yeni nəzəri baxışdır ki, bundan irəli gələrək, onlar sadəcə məslək kimi deyil, daha böyük mahiyyət kimi başa düşülür.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

PR haqqında məlumatlar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top