“Coca-Cola”nın 8 ölkə üzrə PR direktoru vəzifəsinə azərbaycanlı təyin edildi

Elşad Fərzəliyev

Xəbərlər

“Coca-Cola”nın 8 ölkə üzrə PR direktoru vəzifəsinə azərbaycanlı təyin edildi

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkətində azərbaycanlı mütəxəssis Elşad Fərzəliyev Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru təyin edilib.

Bu barədə PR4B şirkətə istinadən xəbər verir.

Yeni vəzifədə E.Fərzəliyev “Coca-Cola” şirkətinin Azərbaycan, Qazaxstan və Özbəkistan da daxil olmaqla regionun ölkəsində qlobal şirkətin və onun brendlərinin nüfuzunun qorunması, PR strategiyasının hazırlanması, dövlət qurumları və ictimaiyətlə əlaqələr, sosial məsuliyyət proqramlarının inkişafı kimi məsələlərə rəhbərlik edəcək.

E.Fərzəliyev 2014-cü ildən “Coca-Cola” şirkətində işə başlayıb və burada ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində bir sıra rəhbər vəzifələri icra edib.

“Coca-Cola” şirkəti ilə əməkdaşlığa başlamazdan öncə də E.Fərzəliyev bir çox yerli və xarici şirkətlərdə, beynəlxalq layihələrdə PR və kommunikasiya sahəsi üzrə uğurlu işlərə imza atıb.

Qeyd edək ki, milyardlarla insanın tanıdığı və sevdiyi sərinləşdirici içkiləri istehsal edən “Coca-Cola” şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top