PR-ın təşkilində rəqəmsal vasitələrin rolu

Sosial media

Bloqlar

PR-ın təşkilində rəqəmsal vasitələrin rolu

   Bilirik ki, Sovet İttifaqının iqtisadiyyatı vahid iqtisadi sistem idi. İqtisadiyyat plan əsasında mərkəzdən idarə olunurdu. Azərbaycan uzun illər Sovet İttifaqının tərkibində olduğundan ölkəmizdə müəssisələrin PR  xidmətə ehtiyacı olmayıb. Baxmayaraq ki, kapitalist ölkərəlində PR anlayışı üzün illər əvvəldən mövcud olub. Ümumiyyətlə belə bir anlayış sovet iqtisadiyyatına yad termin olub. Sovet ittifaqının dağılması ilə müstəqillik qazanan Azərbaycan respublikasının iqtisadiyyatı dövrün tələbinə uyğun bazar iqtisadiyyatı sisteminə qədəm qoydu.  Ölkəmiz üçün bu istiqamət yeni olması və bu sahədə əsasən müəyyən qədər nəzəri biliklərin olması iqtisadiyyatın inkişafının zəif inkişafına təsir göstərirdi. Həmin dövrdə biznesmenlər əsasən iri bazar alverçilərindən formalaşırdı ki, onlarında əksəriyyətinin nəinki iqtisadi ümumiyyətlə ali təhsilləri yox idi. Bu da öz növbəsində biznesin şirkətləşməsinə mənfi təsir göstərirdi. Həmin biznesmenlər PR xidmətinin nə olduğunu bilmirdilər və ya onun əhəmiyyətini anlamırdılar.

    Vaxt kecdikcə isə ölkəmizdə dövlətin dəstəyi ilə müasir iqtisadi tələblərə cavab verən şirkətlər və onları idarə edən mütəxəssislər formalaşdı. Yeni yaranan şirkətlər isə bazar iqtisadiyyatının əsas sütunlarından hesab olunan rəqabət mühitində PR menecmentin əhəmiyyətini dərk edirlər. Çünki müasir dövrdə əgər siz ictimaiyyətlə əlaqələr işini düzgün qurmursunuzsa siz müəssisənizin və məhsulunuzun üstün tərəfləri ilə rəqəbətdə qalib ola bilməzsiniz.

    Bu gün PR fəaliyyətinin ən vacib vasitəsi sosial məsuliyyət fəaliyyətləridir. Müasir sosial məsuliyyət anlayışına görə, sosial məsuliyyət fəaliyyətləri həm cəmiyyətə, həm də dəyər mənfəəft qazandıran bir anlayış olaraq sosial rifahın inkişafına töhfə verir. Eyni zamanda müəssisələrin cəmiyyətdə mövcudluğunu davam etdirmələrini və rəqabət qabiliyyətini artıraraq bazarda pay sahibi olmalarını təmin edir. Hədəf auditoriyası üçün bir məhsulun və ya xidmətin qiyməti, keyfiyyəti və uzunömürlülüyü artıq onu almaq və ya satmaq üçün yetərli deyil. Bu gün yalnız uğurlu bir qurum üçün maddi cəhətdən güclü olmaq da kifayət deyil. Qurumun uğuru cəmiyyətdəki hadisə və problemlərə həssas olduğunu və imici ilə nüfuz etmə qabiliyyətinin olmasındadır. Müsbət imicə və nüfuza çatmağın yolu isə cəmiyyətin gözləntilərinə və tələblərinə ən yaxşı cavab verəcək PR fəaliyyətlərinin həyata keçirilməsidir. Çünki formalaşdırılmış müsbət imic şirkətə və onun məhsuluna inam yaradır.

    Hər dövrün özünün digər sahələrdə tələbləri  olduğu kimi PR xidmətlərinin də tələbləri dəyişir. Baxmayaraq ki dünyada rəqəmsallaşma uzun illər əvvəl bir anlayış kimi meydana çıxıb və tətbiqini tapıb. Hətda 1956-cı ildə Dartmouthda süni intellekt üzrə ilk konfrans keçirilib. Bəs biz PR xidmətində rəqəmsallaşmadan danışanda nəyə diqqət etməliyik?

Nəzərə alsaq ki, rəqəmsal texnologiyanın idarə etdiyi bir cəmiyyətik. Bu dövrdə rəqəmsal marketinq insanların qarşılıqlı münasibətləri, iş, alış-veriş və həyat vərdişlərinə inanılmaz təsir göstərir. Şirkətlər bu gəlirlərini maksimum dərəcədə artırmaq üçün rəqəmsal kainatdan necə istifadə ediləcəyinə dair ciddi bir fikir sahibi olmalıdırlar. Müasir texnologiya PR menecerlərə müştəriləri haqqında çox böyük məlumat əldə etməyə imkan verir. Məlumatlara malik olmaqla yanaşı şirkətlər bu məlumatları necə, harada və nə vaxt istifadə edəcəyini də bilməlidirlər. Rəqəmsallaşma müştərilərə alıcıları olduqları  şirkətlər və onların məhsulları haqqında ətraflı məlumat verməlidir. Bu dövrdə rəqəmsallaşma vasitəsi kimi sosial medianın rolu getdikcə daha da artır. Sosial media vasitələrinin milyonlarla istifadəçisi və saniyədə bu vasitələrlə milyonlarla sms – məlumat ötürülür. Bu vasitələrdən PR xidmətində istifadə etmək şirkətlərin fəaliyyətinin şəfaflaşmasına və müştəriləri ilə səmimiyyətin artmasına səbəb olacaq.

Müəllif: Ceyhun Vəliyev

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Bloqlar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top