Türkiyədə sosial şəbəkələr cərimələndi

Xəbərlər

Türkiyədə sosial şəbəkələr cərimələndi


Türkiyə hökuməti bir sıra sosial şəbəkələrə qarşı yeni hüquqi qaydaları pozduqlarına görə müvafiq cərimələr tətbiq edib.

PR4B xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan tvitter hesabında açıqlama yayıb:

“İctimaiyyətdə sosial media qanunu olaraq bilinən 7253 nömrəli qanuna edilən dəyişikliklərlə Türkiyədə fəaliyyət göstərən və gündəlik giriş sayı 1 milyondan artıq olan əcnəbi şəbəkələrə əməl etmələri zəruri olan bəzi qaydalar bildirilmişdi. Qanuni müddətin başa çatmasından sonra nümayəndəsini bildirməyən “Facebook”, “İnstagram”, “Twitter”, “Periscope”, “YouTube”, “TikTok” kimi sosial şəbəkə idarəçilərinə 10 milyon lirəlik cərimə kəsilib”.

Nazir müavini daha sonra qeyd edir ki, cari ilin 1 oktyabr tarixindən qüvvəyə minmiş qanuna əsasən, sözügedən cərimə ilkin tədbir kimi nəzərdə tutulur. Belə ki, bu cərimənin tətbiqindən keçən 30 gün ərzində də müvafiq öhdəlik yerinə yetirilməsə, 30 milyon lirəlik cərimə tətbiq olunur. Üstündən 30 gün keçdiyi müddət ərzində yenə də yerinə yetirilməməsi təqdirdə reklam qadağası tətbiq olunur, sonrakı 3 ay ərzində də yerinə yetirilməsə, internet trafiki 50 faiz azaldılır. Bundan sonra da lazımi addım atmayan sosial şəbəkələrin internet trafiki 90 faiz azaldılır.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    53% 8 / 15
  • Məlumatım yoxdur
    6% 1 / 15
  • PR Marketinqin bir hissəsidir
    20% 3 / 15
  • PR reklamdır
    6% 1 / 15
  • PR sahəsində çalışıram
    13% 2 / 15
To Top