ARDNF tenderlər keçirir

Dövlət neft fondu

Tədbirlər

ARDNF tenderlər keçirir

Dövlət Neft Fondu (ARDNF) kəsintisiz güc mənbələrinə (UPS) texniki xidmət göstərilməsi (1), dəftərxana ləvazimatlarının alınması (2), qazanlara (Boiler) texniki xidmət göstərilməsi (3), fasad təmizləmə avadanlıqlarına texniki xidmət göstərilməsi (4), eləcə də çap və nüsxələmə avadanlıqlarına texniki xidmət göstərilməsi (5) üçün açıq tenderlər elan edib.

PR4B “Report”-a istinadən xəbər verir ki, iştirak haqqı ilk 3 tenderdə 50 manat, qalan 2 tenderdə isə müvafiq olaraq 100 manat və 20 manatdır.

İlk 2 tender üzrə iddiaçılar ilkin sənədləri noyabrın 30-u saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını dekabrın 8-i saat 18:00-a qədər, növbəti 2 tender üzrə iddiaçılar ilkin sənədləri noyabrın 27-si saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını dekabrın 7-si saat 18:00-a qədər, 5-ci tender üzrə isə iddiaçılar ilkin sənədləri noyabrın 25-i saat 10:00-a, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını dekabrın 3-ü saat 18:00-a qədər Fondun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Ülvi Abdullayevdir. Telefon: (012) 498-77-53 (daxili: 1210).

Təkliflərə ilk 2 tender üzrə dekabrın 9-u, saat 10:00-da, növbəti 2 tender üzrə dekabrın 8-i saat 10:00-da, sonuncu tender üzrə isə dekabrın 4-ü saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Tədbirlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top