Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə poçt markası buraxılıb

Xəbərlər

Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən PR4B-ə verilən məlumata görə, buraxılış bir markadan ibarət blok şəklində hazırlanıb. Blokda İkinci Dünya müharibəsi illərində nasist Almaniyası tərəfindən işğalda olan Parisin divarlarından birinə “Chargo” (Xarqo) ləqəbli Ə.Cəbrayılovun axtarışda olmasını göstərən elanı yapışdıran Vermaxt əsgəri təsvir olunub.

Markada Ə.Cəbrayılovun portreti, blokun sol tərəfində Eyfel qülləsi, sağ tərəfdə, divarın üzərində isə Fransa Müqavimət Hərəkatının qruplarından biri olan “Maquis”in (Maki) emblemi təsvir edilib. Markanın buraxılmasında məqsəd görkəmli partizan Ə.Cəbrayılovun yerli və əcnəbi filatelistlər, dünya kolleksiyaçıları arasında təbliğ edilməsidir. Belarus Respublikasında 7000 tirajla çap olunmuş markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top