Xəyallarınızın peşəsi SMM-dirsə, bu 5 məsləhət sizə çox kömək edəcək

Sosial media marketinq

Bloqlar

Xəyallarınızın peşəsi SMM-dirsə, bu 5 məsləhət sizə çox kömək edəcək

Ölkəmizdə gündən-günə dəbə çevrilən sosial media menecerliyi işi gələcəyini bu ixtisas üzrə qurmaq istəyən insanlar üçün rəqabəti artırır. Bəs hər kəsdən seçilib özünüzü bu ixtisas üzrə inkişaf etdirmək istəyirsinizsə, nəyə önəm verməlisiniz?

PR4B “Facemark”-a istinadən önəm verməli olduğunuz 5 əsas bacarığı sizə təqdim edir:

  1. Maraqlı və cəlbedici yazmaq;
  2. Hər şeylə maraqlanan araşdırmaçı olmaq;
  3. SEO sistemləri ilə bağlı məlumata sahib olmaq;
  4. Sosial media platformalarına hakim olmaq;
  5. Müştərilərlə effektiv kommunikasiya qurmaq bacarıqlarına sahib olmaq.

Maraqlı və cəlbedici yazmaq:

Uğurlu sosial media meneceri olmağın ilk addımı yaxşı kontent yaradıcısı olmaqdır. Burada kontent dediyimiz, əsasən, mətndir. Hansı sosial media platformasında paylaşım edirsinizsə, edin, izləyicilərinizin könülünü fəth edəcək nöqtə yalnız və yalnız sizin mətnləriniz olacaq. Bu nöqtədə ən önəmli məsələ müştərilərinizin marağını cəlb edəcək mətn yazmaqdır. İzləyicilərimizi, həm mətnimizi oxumağa təşviq etməliyik, həm də mətnimizi oxuyaraq vaxtlarını itirməyəcəklərinə inandırmalıyıq. 1 salisədə yenilənən ana səhifələr içərisində izləyicilərimizin sırf bizim postumuzda dayanıb qalması bizim üçün çox önəmli məqamdır.

İlk cümləniz çox önəmlidir. Qısa və konkret yazmaq izləyicilərinizin xoşuna gələcək. Diqqət çəkəcək ifadələr, istifadə etdiyiniz platformaya uyğun emojilərdən istifadə etmək mətni daha rəngbərəng göstərəcək. Əlbəttə, paylaşdığınızın platformaya bələd olmaq isə mütləqdir. LinkedIn kimi ciddi platformada emojilərdən çox istifadə etmək müsbət hal deyil.

Hər şeylə maraqlanan araşdırmaçı olmaq:

Sosial media dünyası günbəgün yenilənir. Dünən hakim olduğunuz platforma sabah tamamilə fərqli bir yerə çevrilə bilər. Vəziyyət belə olanda sosial media meneceri kimi uğurlu olmaq üçün siz hər gün araşdırmalar etməyə həvəsli olmalısınız.

Paylaşım etdiyiniz platformalarla bərabər, həmçinin haqqında yazdığınız mövzuları da araşdırmaq önəmlidir.

SEO sistemləri ilə bağlı məlumata sahib olmaq:

Ümumi bir düşüncə var ki, SEO sistemi yalnız internet saytlarına məzmun yerləşdirən redaktorların bilməli olduğu sahədir. Lakin son dövrlər bu situasiya bir qədər dəyişib. Sosial media məzmunlarını məşhurlaşdıran nüanslar yalnız teqlər, yaxud cəlbedici başlıq şəkilləri deyil. “Hootsuite” tərəfindən edilən araşdırmalar SEO-nun sosial media strategiyaları üzərində çox böyük rola sahib olduğunu təsdiqləyir.

İşlədiyiniz şirkətin koorporativ saytına daha çox ziyarətçinin gəlməyini istəyirsinizsə, bir sosial media eksperti olaraq SEO-nun nə olduğunu bilsəniz, sizin üçün əla olar. Sosial media strategiyanızı SEO bazalı qurduğunuz zaman trafiklərdəki fərqləri görəcəksiniz.

Sosial media platformalarına hakim olmaq:

Sosial media platformalarına hakim olmaq dedikdə saatlarca telefondan asılı qalmağı nəzərdə tutmuruq. Platforma nə qədər büdcə ilə yaradılan reklama hansı nəticəni almaqda kömək edir, hansı saat aralıqlarında post paylaşmaq sizin brendinizin profili üçün daha uyğundur, hər daim gündəmdə olan mövzular nələrdir kimi suallara cavablar tapmaq sosial media meneceri üçün önəmlidir.

Bu baxımdan sosial media platformalarına hakim olmaq üçün yalnız aktiv bir neçə istifadəçinin olmağı kifayət deyil. Hər hansı bir şirkətlə razılığa gəlmədən əvvəl özünüz üçün sosial media hesabı yarada bilərsiniz. Bu profil üzərindən platformun reklam strategiyalarından istifadə edə bilər, sahələrə görə izləyici formaları yarada bilər və ən əsası profildə baş verənləri müşahidə edərək real təcrübə əsasında nələr edə biləcəyinizi qərarlaşdıra bilərsiniz.

Müştərilərlə effektiv kommunikasiya qurmaq bacarıqlarına sahib olmaq:

İdarə etdiyiniz sosial media profilinin izləyiciləri profilin sahibi olan şirkətin müştəriləridir və müştərilər bizim üçün önəmlidir. Artıq müştərilər şirkətin məhsulları, yaxud xidmətləri ilə bağlı informasiya almaq üçün nömrə ilə zəng eləmir, birbaşa profilin mesaj qutusuna yazır. Bu baxımdan da bir sosial media meneceri müştəri əlaqələrini güclü saxlamağı bacarmalıdır.

“Help Scout” təşkil etdiyi sorğuda iştirakçıların 86%-i sosial media profili səbəbilə anlaşılmazlıq yaşadığı şirkətə bir daha müraciət etmədiyini, 78%-i isə şirkətin sosial media hesabı üzərindən yaxşı əlaqələr qura bildiyi üçün şirkət məhsullarını digər insanlara da tövsiyə etdiyini bildirib.

Bir sözlə, uğurlu Sosial Media Menecerli, həmçinin, şirkətin satış rəqəmlərinə xeyli təsir edə biləcək bir gücə sahibdir.

Mənbə: http://facemark.az/site/news/10972/xeyallarinizin-pesesi-smmdirse-bu-5-meslehet-size-cox-komek-edecek-10972.html

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Bloqlar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top