Əmək haqqınızın artırılmasını tələb edərkən bu suallara hazır olun

Xəbərlər

Əmək haqqınızın artırılmasını tələb edərkən bu suallara hazır olun

Maaş artımı tələb etməzdən öncə, oxşar vəzifələrdə işləyən insanların əmək haqqları və maaş artımları barədə məlumatlanın. Vəziyyəti düzgün qiymətləndirərək tələbinizi bu məlumata uyğunlaşdırsaz, istəyinizə çatma ehtimalı kəskin artacaq.

Müsahibədə meneceriniz sizə bir çox sual verə bilər. Özünüzü onun yerinə qoyun. Bu sualların nə ola biləcəyini düşünün, cavablarınızı hazırlayıb gözləyin. İnamlı cavablar qarşı tərəfə də müsbət təsir göstərəcəkdir.  Düzgün arqumentlər:

  • İşiniz artıb. İşə düzələndən indiyə dək işiniz xeyli artıbsa, əmək haqqınızı 20-30% artırmaq şansınız var. Əvəzində işəgötürən bunun üçün əlavə işçi götürməkdən azad olur.
  • Oxşar vəzifədə kolleqalarınız sizdən artıq qazanır. Sizdən sonra işə qəbul olunmuş eyni iş yükü olan əməkdaşlara sizdən artıq maaş ödənilirsə tələbinizi əsaslandırmaq çətin olmayacaq. Amma digər tərəfdən, burada etik məqamlar da var – sizin maaşın kolleqanızın əmək haqqısı ilə heç bir məntiqi asılılığı yoxdur. Ola bilər ki, onun qazancı həqiqətən də real nailiyyətlərinə uyğundur.
  • Şirkətə çox faydalısınız. Sizin faydalı olmağınızın meyarı şirkətin qazancıdır. Peşənizlə şirkətin göstəriciləri arasında düzgün asılılığı müəyyən edin və rəqəmlərlə danışmağa çalışın. Nailiyyətlərinizi ölçülə bilən nəticələr kimi təqdim etməlisiniz.
  • Daha çox işləməyə hazırsınız. Təcrübəniz artıqca işinizin öhdəsindən daha tez gələcəksiniz və əlavə işlər üçün vaxtınız qalacaq. Qazancınız işinizə uyğundursa, rəhbərlikdən iş yükünüzü və ona uyğun maaşınızı artırmağı xahiş edin.
  • Yüksək maaşlı iş təklifiniz var. Rəhbərinizə bildirin ki, şirkətə sevginiz, loyallığınız, bağlılığınıza baxmayaraq istəmədən daha yüksək təklifə görə şirkəti tərk etmək məcburiyyətindəsiniz. Ən əsası – heç bir halda şantaja keçməyin. Bir də nəzərə alın ki, bu arqument yalnız bir dəfə keçərlidir. Növbəti dəfə işinizi itirmə şansınız kəskin artacaq.

Faydalı olun və uğurlarınızın  dilə gətirin

Heç bir şey etmədən nəsə almağa çalışmaq həyatın heç bir sahəsində mümkün deyil. İşinizdə kifayət qədər faydalı olmadan əlavə gözləntilərinizi bildirsəz, məyyus olacaqsınız. Buna görə daim fəaliyyətinizin keyfiyyətini artırın, cavabdehlikdən çəkinməyin, təşəbbüskar olun və nəinki gəlirinizin, hətta vəzifənizin artım ehtimalı yaranacaq.

Digər tərəfdən qazandığınız uğurları barədə susmayın, uyğun məqamlarda qeyd etməyə çalışın. Müsahibə günü gələndə uğurunuzu və şirkətə qatdığınız əlavə dəyəri vurğulayın. Belə halda maaş artımı barədə istəyiniz yersiz səslənməyəcək.

Maaş artımı olmazsa?

Geri çəkilmək üçün də yol saxlayın. Səs artırmayın. Təziq göstərməyin. Daimi narazılıqla və işdən çıxmaq hədələrinizlə yerinizi soyutmayın. Bu halda siz sakitçə işinizi davam edə biləcəksiniz və real şans yarandıqda məsələnin təkrar gündəmə gəlməsi ehtimalı artacaq. Lakin bu ehtimallar yox səviyyəsindədirsə – səssizcə yeni iş axtarışı barədə düşünün.

Mənbə: https://www.offer.az/article/maas-artimi-barede-duzgun-muracietin-yollari/

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top