“Rəqəmsal Jurnalistikaya doğru” proqramının 2-cisi reallaşdırılacaq

Tədbirlər

“Rəqəmsal Jurnalistikaya doğru” proqramının 2-cisi reallaşdırılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramının 2-cisi reallaşdırılacaq.

         PR4B “Asan xidmətin mətbuat xidmətinə istinadən xəbər verir ki, proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında düzgün məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğ edilməsidir.

         Proqramda informasiya texnologiyaları, elektron hökumət, elektron xidmətlər, rəqəmsal həllər üzrə çalışan media nümayəndələri, həmçinin bu sahədə öz biliklərini artıraraq gənc bloger kimi yetişmək və cəmiyyətin maarifləndirilməsi istiqamətinə töhfə vermək istəyən şəxslər iştirak edə bilərlər.

         “Rəqəmsal Jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarət olacaq: Birinci mərhələdə müvafiq kriteriyalar üzrə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlər 29, 30 sentyabr və 1, 2 oktyabr tarixlərində vebinar formatında baş tutacaq.

         Proqramın ikinci mərhələsi vebinar təlimlərini uğurla bitirmiş iştirakçılar arasında keçirilən müsabiqədən ibarətdir. Bu hissədə iştirakçılar seçilmiş mövzular üzrə real məsələlərin araşdırılması və həmin istiqamət üzrə rəqəmsal xidmətlərin vətəndaşlara çatdırılması üzrə (video və ya məqalə formatında) yarışacaqlar.  Müsabiqə üçün 2200 AZN məbləğində mükafat fondu təyin olunub. I yerin qalibi – 1000 AZN, II yerin qalibi – 700 AZN, III yerin qalibi isə 500 AZN məbləğində pul mükafatı əldə edəcək.

         Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi elektron sertifikatla təltif olunacaqlar.

         Aşağıdakı linkdən ətraflı məlumat almaq və proqrama müraciət etmək mümkündür:

https://www.digital.gov.az/digitalazerbaijan/webinars/3/reqemsal-jurnalistikaya-dogru-proqrami-2

         Qeydiyyat üçün son müraciət tarixi – 20 sentyabr

         Qeydiyyatdan uğurla keçən və münsiflər tərəfindən seçilmiş namizədlərə 25 sentyabr tarixində proqrama seçildikləri və digər məlumatlar barədə e-mail vasitəsi ilə bildiriləcək. Əlavə suallar üçün [email protected]    elektron poçt ünvanına müraciət edilə bilər.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Tədbirlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top