SMM menecer kimdir və hansı işlərlə məşğul olur?

Sosial şəbəkə

Bloqlar

SMM menecer kimdir və hansı işlərlə məşğul olur?

SMM sözünün açılışı sosial media marketinq anlamına gəlir. SMM menecer isə bir şirkəti və onun brendini sosial şəbəkələrdə təmsil edən şəxsə deyilir. Təxminən 10 il əvvəl bu peşə mövcud deyildi , lakin bu gün SMM marketinq siyasətində əsas vasitələrdən biri sayılır. Bir növ şirkətlər bununla özlərinin onlayn dünyada mövcudluğunu nümayiş etdirirlər. Bill Gates belə bir ifadə istifadə etmişdi:

“Əgər sizin biznesiniz internetdə mövcud deyilsə ,o, ümumiyyətlə, biznesdə mövcud olmayacaq”. Bu sözlər indi heç vaxt olmadığı qədər aktualdır. SMM menecerin nə qədər önəmli olduğunu yəqin ki, hər birimiz artıq anlayırıq.

Bəs SMM menecer konkret hansı işləri görür?

Bir çox insan SMM menecerin səhifə adminləri ilə eyni işi gördüyünü düşünür. İşlərində müəyyən oxşarlıqlar olsa da, SMM daha peşəkar yanaşmadır və bir sıra ciddi fərqlər var.

1. Kontentin yaradılması

Düzdür, bu işdə kontent menecerin rolu da böyük olur, lakin SMM menecerin rolu da ondan heç də az deyil. Hətta bir çox hallarda bu işi SMM təkbaşına görür. Belə ki, SMM menecer brendə uyğun olan mətn yazmalıdır. Nəzərə alsaq ki, hər sosial şəbəkə fərqli xüsusiyyətə malikdir, deməli, SMM menecer bir mövzu ətrafında bir neçə variantda mətn hazırlamalıdır.

Məsələn: Instagramda yazılan mətn Linkedin üçün uyğun olmaya bilər və yaxud Twitterdə simvolların sayına limit digər sosial şəbəkələr ilə müqayisədə daha aşağıdır.

Bundan əlavə SMM menecer daima dizayner ilə əlaqədə olmalı və müxtəlif reklam və fotoçəkilişlərdə iştirak etməlidir.

Qeyd etdiyim işləri yerinə yetirmək üçün SMM menecer hərtərəfli yüksək dünyagörüşünə sahib olmalı və aktual olan mövzulardan xəbardar olmalıdır.

2. Müştərilər ilə əlaqələrin qurulması

SMM menecer müştərilərə şirkətdə baş verən yeniliklər haqqında məlumatları post və storilərin köməyi ilə çatdırmalıdır. Məsələn, endirim aksiyaları, yeni məhsullar və filiallar və.s xəbərlər barəsində paylaşımlar müştərilər ilə kommunikasiyada böyük önəm daşıyır. Həmçinin comment və mesaj bölmələrində verilən suallara cavab vermək də zəruridir və SMM menecerin öhdəliyidir.


3. Reklam strategiyasının qurulması

Paylaşımların effektivliyini artırmaq üçün SMM menecer yaş, cins, məkan kimi faktorlara əsaslanaraq düzgün müştəri auditoriyasını hədəfləməlidir. Bir sıra məlumatları analiz edərək hesabatlar hazırlayıb marketinq menecerə təqdim etməlidir.

Müxtəfil influencer, bloger və səhifələr ilə əməkdaşlıq edib brendin reklamını aparmalıdır.

Sadaladıqlarım SMM menecerin sadəcə əsas vəzifələridir, iş yerindən və mühitindən aslı olaraq SMM menecerlər digər müxtəlif öhdəlikləri də yerinə yetirə bilər.

Yazar: Çingiz Hacıyev

Mənbə: https://ru.modernyoungs.com/post/smm-menecer-kimdir-v%C9%99-hans%C4%B1-i%C5%9Fl%C9%99rl%C9%99-m%C9%99%C5%9F%C4%9Ful-olur

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Bloqlar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top