Mütəxəssislərdən çağırış-Sosial şəbəkələr haqqında qanun hazırlanmalıdır

Sosial şəbəkələr

Xəbərlər

Mütəxəssislərdən çağırış-Sosial şəbəkələr haqqında qanun hazırlanmalıdır

Son günlər sosial şəbəkələrdə məşhurların şəkil və videolarından istifadə edərək öz məhsullarını reklam edənlər çoxalıb. Belə ki, bəzi işbazlar məşhurların hazır videolarını götürüb öz məhsullarına uyğun reklam mətni hazırlayıb videonun üzərinə yerləşdirərək sosial şəbəkələrdə paylaşırlar. Həmçinin məşhurların şəkillərini montaj edərək öz məhsulları ilə düzəldib sosial şəbəkə istifadəçilərini aldadırlar. Təəssüflər olsun ki, belə hallar son zamanlar xüsusilə çoxalıb. Bəs buna qarşı nəzarət varmı?

PR4B saytına açıqlama verən hüquqşünas Elyar Həsənov bildirib ki, belə reklamlar sosial şəbəkələrdə onun da qarşısına tez-tez çıxır: “Belə reklamları yayımlayanlar çox ciddi şəkildə bir neçə qanun pozuntusuna yol verirlər. Əvvəla belə reklamların əksəriyyətində qadağan olunmuş fəaliyyət növü olan qumarın reklamı aparılır,  bu da qanunla qadağandır. Həmçinin lisenziyasız fəaliyyət də qanun pozuntusudur. Həmçinin bu reklamlarda qanunsuz reklam, müəllif hüququnun pozulması, şəxsi hüquqların pozulması vardır”

“Hüquqları pozulan şəxslər və şirkətlər bu cür reklamları hazırlayanları maddi və mənəvi hüquqları pozulduğu üçün məhkəməyə verə bilərlər. Hətta bu cür reklamlarda cinayət tərkibi də vardır. Hüquq mühafizə orqanları detallı araşdırsalar orada bir neçə cinayətin əlamətləri də olduğu aşkara çıxa bilər.

Amma belə qanun pozan insanlara hansı cəza verilməsi isə dəqiq araşdırılmalardan sonra deyilə bilər”,- deyə hüquqşünas əlavə edib.

İnnovativ Bisneslər üzrə mütəxəssis Nicat Manafov deyir ki, Azərbaycanda sosial mediaya ciddi şəkildə nəzarət edilməlidir: “Məsələn, qonşu Türkiyədə sosial media haqqında qanun təklif olundu və qəbul olundu. Qanunda göstərilir ki, ölkədə fəaliyyət göstərən xüsusi media şirkətləri eyni qanuna riayət etməlidirlər. Hər hansı problem yaranarsa, cinayət faktı açılarsa, həmin məlumatı anındaca ləğv etməlidirlər. Əgər məlumatları silməsələr külli miqdarda cərimə oluna bilərlər”.

“Təəssüflər olsun ki, Azərbaycanda sosial media heç bir qanun ilə tənzimlənmir. Sadəcə sosial şəbəkələrdə hansısa şəxsi təhqir edən zaman onun barəsində hər hansı bir ölçü götürülə bilər. Bu cür reklamların daha da çox yayılmaması üçün tez bir zamanda sosial medianı nəzarətə götürmək lazımdır. Çünki sosial mediada istənilən cinayət baş verə bilər. Hətta bu cür hadisələr insanların şəxsi həyatına belə mənfi təsir göstərə bilərlər”,-deyə Nicat Manafov qeyd edib.  

Müəllif: Təranə Xudabaxşiyeva

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Xəbərlər

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    53% 8 / 15
  • Məlumatım yoxdur
    6% 1 / 15
  • PR Marketinqin bir hissəsidir
    20% 3 / 15
  • PR reklamdır
    6% 1 / 15
  • PR sahəsində çalışıram
    13% 2 / 15
To Top