İşçilər bu səbəblərdən işdən ayrılırlar

İşdən ayrılma səbəbi

Sorğular

İşçilər bu səbəblərdən işdən ayrılırlar

İnsan ömürü boyu həyatda yaxşı yaşamaq üçün çalışırlar. O, daha yaxşı işdə işləməyə çalışır ki, daha yüksək maaş alsın. Bu zaman ailə üzvlərinin də maddi problemi az olur. Təəssüflər olsun ki, kapitalizm dövründə heç bir iş uzun müddətli olmur. İnsanlar bir çox səbəblərdən iş yerlərini dəyişməli olurlar. PR4B-in əməkdaşı Linkedin-də “Bu günə kimi işdən ayrılma səbəbiniz nə olub?” Sualını ünvanlayıb. Cavablar isə belə olub:

Turqut Hüseynov: “Mən 24.07.2020-ci ildə öz istəyimlə işdən ayrıldım. Səbəb isə şirkətin idarəsinin pis olması idi. Kiçik Türk şirkəti idi və maliyyəsi az idi. Rəhbərlik işçilərə söz verib, hər dəfə aldadırdı. Maaş isə 2 aydan bir verilirdi. İşçilərin hüquqları pozulurdu. Bu səbəbdən işdən ayrıldım. Mən gələcəkdə daha diqqətli olmağa çalışacam”.

Nuru Məmmədov: “Bir dəfə işdə ixtisara düşmüşəm. İkinci iş yerimdən isə özüm ayrılmışam. Ayrılma səbəbim isə başqa şirkətdən gələn təklif olub. Həmin işdə yeni vəzifə öhdəlikləri, öyrənmək baxımından üstün olduğu üçün və maaş  daha yüksək olduğundan razılaşdım”.

Ağabala Qasımov: “Əsasən ixtisara düşmüşəm. 2 dəfə isə öz ərizəmlə şitkətdə mühitin yararsızlığına görə ayrılmışam”.

Sahil Sahibzadə: “2017-ci ildə bir işdən ayrıldım. Səbəb isə kondisioner idi. Kondisioner üstümə vururdu. Müdirə dedim yerimi dəyiş, ziyandı mənə. Müdir yerimi dəyişmədi. Mən də işdən çıxdım”.

Nahid Ağayev: “İşdən yorulduğum üçün çıxdım”.

Elçin Şükürov: “İşdən ayrılma səbəbim rəhbərliyin səhv yanaşması olub”.

Tural Əhmədov: “Mən işə girəndə söz verdikləri vəzifəni vermədilər, mən də başqa yer tapıb çıxanda həmin vəzifəni təklif etdilər. Elə ona görə də daha tez işdən ayrıldım”.

Rafiq Məmmədli: “Şəraitin, şərtlərin və münasibətlərin getdikcə pisləşməsi və dözülməz vəziyyətə gəlməsi işdən ayrılmama səbəb olub”.

Xalid Əhmədov: “Əmək haqqının gördüyüm işə nisbətən 2 dəfə az olması, müdirin qeyri-professional və biznesdə etikadan tamamilə uzaq olması işdən ayrılmama əsas səbəb olub”.

Tamerlan Bədəlov: “Daimi iş yeri yalnız 400 manatdan yuxarı olmamaq şərti ilə olur. Həm də işdə heç bir işə qarışmayan işçi uzun müddət o işdə çalışa bilər. Vəzifəli işdə problemlər isə çox olur. Müdir sənə bir söz deyir, bir tapşırıq verir, səndən sonra o biri işçiyə sənə dediklərinin əksini deyir. Səni digər işçi ilə üz-üzə qoyur”.

İlyas Musayev: “Şirkətə işə başlayanda sevinirdim. Çünki kərandan şirkət yaxşı görünürdü. İşləyəndə şirkəti daha yaxından öyrəndim və işdən çıxmaq qərarına gəldim. Hətta işdən ayrılarkən “HR” nümayəndəsinə “kaş bura gəlməzdim” dedim”.

Elşən Əlizadə: “Yeni iş görüşməsinə getmişdim. Onların şərtləri uyğun olmamışdı deyə razılaşmadım. Həmin şirkətdən kimsə işlədiyim şirkətin müdirinə iş görüşməsinə getdiyimi bildirmişdi.

Şirkətdə işləyə-işləyə eyni sektorda başqa yerlərə müraciət etdiyimi və şərtlər uyğun olduğu halda gedəcəyimi rəhbərlik bildiyində mənimlə yollarıni ayırdılar”.  

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Sorğular

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    53% 8 / 15
  • Məlumatım yoxdur
    6% 1 / 15
  • PR Marketinqin bir hissəsidir
    20% 3 / 15
  • PR reklamdır
    6% 1 / 15
  • PR sahəsində çalışıram
    13% 2 / 15
To Top