Xüsusi karantin rejimi hansı dövlət qurumunun PR-ına təsir etdi?

Xüsusi karantin rejimi hansı dövlət qurumunun PR-ına təsir etdi?

Sorğular

Xüsusi karantin rejimi hansı dövlət qurumunun PR-ına təsir etdi?

Koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi karanti rejimi tətbiq edilir. Bu müddətdə hər bir qurum öz üzərinə düşən işin öhdəsindən laiqincə gəlməyə çalışır. PR4B saytı sosial şəbəkə istifadəçilərinə “Sizə görə koronavirus hansı qurumların və ya şirkətlərin PR-ına mənfi və ya müsbət təsir göstərdi?” sualı ünvanlayıb. Sosial şəbəkə istifadəçilərinin cavabı belə olub:

Kəmalə Onur: Apteklər PR-ına mənfi təsir etdi. Qapını tam açıb, bir ayağını içəri düzəməlli qoymamış spirt “yoxdu” deyirlər.

Tural Əliyev: “DİN-in işinə müsbət təsir göstərib. Bu çətin gündə peşəkarlıqlarını nümayiş etdirdilər”.

Hikmət Həsənov: “Səhiyyə Nazirliyinin PR-ına mənfi təsir göstərdi”.

Ülviyyə Quliyeva: “Əvvəllər insanlar deyirdilər ki, Azərbaycanda səhiyyə yoxdur, həkimlərimiz savadsızdır. Virus məsələsi çıxan kimi narazı insanlar bəyənmədikləri həkimləri elin qəhrəmanı etdilər. Ölmüş Səhiyyə Nazirliyinin PR-ı oldu”.

Kazım Nəvai: “Nazirlər Kabineti yanında Operativ Qərargahdan başqa bütün qurumların PR-ı bərbaddır”.  

Emil Maqalov: “İllər boyu savadsızlıq və rüşvət mənbəyi olan səhiyyənin daha da pis vəziyyətdə olduğunu koronovirusla indiki göstəricilərdən gördük”.

Gülşən Şərif: “Səhiyyə Nazirliyinin  “öldüyünü” bir daha bildik.

Aysel Azad: “TƏBİB  PR-nı artırdı, Rəvanə xanımın yaxşı işləməsi göz önündədir”. ASAN-ın PR-ına da müsbət təsir etdi”.

Zeynab Aliyeva: “ASAN, TƏBİB-in PR-na müsbət təsir etdi, səhiyyə işçiləri və polislərin də olmayan nüfuzuna müsbət təsir etdi”.

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Sorğular

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    53% 8 / 15
  • Məlumatım yoxdur
    6% 1 / 15
  • PR Marketinqin bir hissəsidir
    20% 3 / 15
  • PR reklamdır
    6% 1 / 15
  • PR sahəsində çalışıram
    13% 2 / 15
To Top