Pandemiya dövründə Azərbaycanda Sosial Media Marketinqində olan dəyişikliklər

Pandemiya dövründə Azərbaycanda Sosial Media Marketinqində olan dəyişikliklər

Bloqlar

Pandemiya dövründə Azərbaycanda Sosial Media Marketinqində olan dəyişikliklər

Bu dövrdə bildiyiniz kimi bir çox şirkətlər fiziki  iş sistemindən onlayn sistemə keçid etdilər.

Müəyyən məqamlara nəzər salsaq görərik ki,  bir çox şirkətlər öz satışlarını saxlamaq üçün yeni  marketinq addımları atmalı oldular.

Sosial şəbəkələr yeni yarananda sosial şəbəkə istifadəçilər ən çox informasiya əldə etmək üçün istifadə edirdilər. Satış, təhsil və digər bu tip sahələr sosial şəbəkələrdən istifadə etmirdi.  İnsanlar maraqların daha çox qida sektoruna və izolyasiyaya hazırlıq üçün tibbi vasitələrin əldə olunmasına sərf edirdi.

Eynən bu dövrdə əczaçılıq mağazaları tələbi nəzərə alraq sürətli şəkildə ios və androis sistemləri üçün satış və ünvana çatdırılma platformasının tədbiqinə başladırlar.

Karantin dövründə qidaya olan təlabatı görən mağaza sahibləri qoyulan qadağaları nəzərə alraq,  marketlərdən qida çatdırılması üçün onlayn satış platformasına keçid etməyə başladılar.

Bu yeni iş sisteminin tədbiqinə böyük təkan verdi.

Bildiyiniz kimi onlayn sistem və sosial şəbəklər bu dövrlərdə insanların ən çox zaman keçirdiyi məkana çevrilmişdir. Əgər karantindən öncə orta statiskaya görə gün ərzində insanlar sosial şəbəkələrdə 8 saat zaman keçirirdisə, karantin dövründə bu statistika 11 saatı keçib.

İnsanlar xarici ölkələrdə olan qohumları və dostları ilə əlaqə saxlmaq üçün video zənglərdən istifadəyə üstük verməyə başladılar.  “Facebook” üzərində gedən bu yüklü proses saytın yükünü artırdığı üçün , “Facebook” Avropa ərazisində video görüntünün keyfiyyətin azaltdı.

Ara sakitləşməyə başladıqca insanlar boş zamanların informativ və faydalı məlumatlar toplamağa üstünlük verdilər. Çünki daimi işdən uzaqlaşdıqca insanlar kütləvi şəkildə zehni inkişafa üstünlük verdilər. Bunun üçün onlayn təlimlərə və dərslərə qatılmağa başladırlar. Eyni  zamanda sosial şəbəkələrdə onlayn ödənişli və ödənişsiz təlimlərin reklamları sosial şəbəkə istifadəçilərinin inanılmaz marağına səbəb oldu. Bu arada “Instagram” və “Facebook” öz növbəsində reklam büdcələrinin azaldığım gördüyündən  xəbər lentində biznes səhifələrin paylaşımlarını daha az istifadəçiyə göstərməyə başladı. Əvvəllər bir postu 40 nəfər bəyənirdisə, indi  bəyənçə sayə 15 nəfərə düşüb. Bu heç də platformada yeniliklərə əlaqədar deyildi. Sadəcə olaraq, sosial şəbəkələr şirkətlərin ödənişli reklamlara geri dönüşü üçün marketinq addımı atdı.  Hansı şirkətin büdcəsi var idisə onlar sosial şəbəkələrdə öz nüfuzlarını artıra bildilər. Hansı şirkətlər ki, büdcə ayırmadılar, onların vəziyyətləri sosial şəbəkələrdə heç də ürəkaçan deyil.

Müəllif: Sosial Media Mütəxəssisi Könül Əhmədova

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Bloqlar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top